Pedaqoji Şuranın növbədənkənar iclası keçirildi

Bu gün 25.02.2023-cü il tarixində pedaqoji şuranın növbədənkənar iclası keçirildi.

Gündəlikdə duran məsələ:

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2023-cü il tarixli, 3-29-59/2-536/2023 nömrəli əmrinə əsasən, “Ümumi təhsil müəsissələrində şagird davranış qaydaları”nın tətbiq olunması barədə təlimatı kollektivə və valideynlərə çatdırılması haqqında.

Məsələ ilə bağlı məktəbin direktoru çıxış edərək bildirdi ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2023-cü il tarixli, 3-29-59/2-536/2023 nömrəli qərarına əsasən ümum təhsil müəsissələrində təhsil alanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 60 ümumi təhsil müəsissəsində pilot lahiyə kimi “Ümumi təhsil müəsissələrində şagird davranış qaydaları”nın tətbiq olunması nəzərdə tutulmuşdur. Bizim məktəb də pilot layihədə iştirak edəcək. Bununla bağlı ümum təhsil müəsissələrində təhsilalanlar üçün nümunəvi nizam-intizam qaydalarının tətbiqi ilə bağlı məktəb heyəti üçün ümumi təlimat:

“Özünürefleksiya” korreksiyaedici tədbirin istifadəsinə aid təlimat.

“Özünürefleksiya”nın qeydiyyat forması, bildiriş məktubu, refleksiya vərəqi(6-11ci sinif şagirdləri üçün)

Sinif davranış jurnalı.

Bu təlimatların hər biri ilə müəllimlər, valideynlər, şagirdlər məlumatlandırılacaq.

Elnur Hüseynov məlumatları kollektivə çatdırdı, başa düşülməyən məlumatlara aydınlıq gətirdi. Suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi