"ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNİN MƏKTƏB MƏRHƏLƏSİ KEÇİRİLDİ

"ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNİN MƏKTƏB MƏRHƏLƏSİ KEÇİRİLDİ
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.Bu münasibətlə 2023-cü il “Heydər Əliyev ili” elan edildi. 2022-2023-cü tədris ilində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Ən yaxşı təqdimat” müsabiqəsi elan olundu. 20.02.2023-cü il tarixində məktəbin kitabxanasında “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi. X"d" sinif şagirdi Məmmədova Aysun və IX"f" sinif şagirdi Həşimzadə Fərid şəhər turundə iştirak etmək üçün vəsiqə qazandı.