I siniflərində dərsdinləmələr təşkil olundu

09.02.23-16.02.23-cü il tarixlərində məktəbin birinci siniflərində dərsdinləmələr təşkil olundu.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini( ibtidai təhsil ) Nailə Sadıqova ibtidai sinif müəllimlərinin dərsində dinləyici kimi iştirak edərək müəllimin fəaliyyətini müşahidə etmişdir.Müşahidə zamanı dərsin məqsədinin müəyyənləşdirilməsi,məzmun və standart,dərs zamanı istifadə edilən fəaliyyətlər,fəaliyyətlərin məqsədə uyğunluğu və tətbiqi ,perspektiv planlaşdırma ilə gündəlik planlaşdırmanın uyğunluğu və s.nüanslar izlənildi və qeyd olundu.