Məktəbimizdə hüquq olimpiadası təşkil olundu

Məktəbimizdə hüquq olimpiadası təşkil olundu
07.02.2023-cü il tarixdə Bakı məktəbliləri arasında “Heydər Əliyev və Hüquqi dövlət” mövzusunda hüquq olimpiadası keçirilmişdir. Məktəbimiz olimpiadanın təşkil olunduğu mərkəzlərdən biri olaraq digər Bakı məktəblərinin şagirdlərinə ev sahibliyi etmişdir. Olimpiada təşkil olunduğu müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, Konstitusiya Məhkəməsindən nümayəndələr, Gənclər və İdman Nazirliyindən də bir əməkdaş iştirak etmişdir. Olimpiada başlamazdan əvvəl Konstitusiya Məhkəməsinin əməkdaşları şagirdləri olimpiadanın məqsədi və nəticələri haqqında məlumatlandırdılar.
Məqsəd şagirdlərin hüquqi biliklərini yoxlamaq və onlar arasında gələcəkdə bu biliklərin artırılması istiqamətində daha ciddi tədbirlər görməkdir.
Bu gün təhsilimizin prioritet istiqamətlərindən biri də Azərbaycan dövlətinə öz hüquq və vəzifələrini bilən vətəndaş yetişdirməkdir.