Şəhid Ələkbər Eyvazovun doğum günü qeyd olundu

Şəhid Ələkbər Eyvazovun doğum günü qeyd olundu.
01.02.2023-cü il tarixində məktəbin akt zalında I Qarabağ müharibəsi şəhidi Ələkbər Almaxan oğlu Eyvazovun doğum günü münasibətilə xatirə gecəsi keçirildi.Məktəbin ibtidai sinif müəllimi Yavər Qəhrəmanovanın rəhbərliyi ilə 3 "A" sinif şagirdləri şəhidin doğum günü münasibəti ilə "Unutsaq unudularıq" adlı kompazisiya ilə çıxış etdilər. İlk öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şəhidin həyat yolu haqqında məlumat verilib, videoçarx izlənildi.Sonda şəhidin büstü önünə tər qərənfillər və əklil qoyuldu.
Sənsiz keçən ad günün mübarək, Ələkbər Eyvazov !