Pedaqoji Şuranın iclası keçirildi

Pedaqoji Şuranın iclası keçirildi

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq yanvarın 30-da 2022/2023-cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi.İclasda birinci yarımilin nəticələri,9-cu siniflərdə aparılan monitorinqlərin təhlili müzakirə olundu.Eyni zamanda ikinci yarımildə qarşıda duran hədəflər müəyyənləşdirildi. İclasda həmçinin gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması,tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunuldu.İclasda bununla yanaşı məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar,məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi