Ulu Öndərin məzarı ziyarət edildi

2023- cü il Ümummilli lider "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı tərbiyə işləri üzrə direktor müavini Səfərova Afaq və tarix fənnini tədris edən Əkbərova Könül müəllimə 5d sinif şagirdləri ilə birlikdə Ulu Öndərin məzarını ziyarət etdilər.Məqsəd dahi şəxsiyyətin Azərbaycan dövlətinin yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinin öyrədilməsi, ideyalarının gənc nəslə aşılanmasıdır.