Şəhid Mixail Hamlet oğlu Həmidovun ailəsi ziyarət olundu

Bugün Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəbin 7 B və 9 F sinif şagirdləri Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Mixail Hamlet oğlu Həmidovun ailəsini ziyarət etdilər. Şəhidin anası şagirdlərə Mixailin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti haqqında geniş söhbətlər etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi