31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildir ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir.
Ümumilli Lider Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.
Bu qərar müstəqilliyini yeni elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə idi. Birlik və həmrəylik istiqamətində atılmış bu ilk addım sonrakı dövrlərdə xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək aldı.Bu məqsədlə Ağayeva Yeganə müəllimin rəhbərliyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir təşkil olundu.Tədbirdə 8"e" sinif şagirdləri şeirlər söyləyib,mahnılar ifa etdilər.