"Xoşbəxt Uşaqlar" klubu

Psixoloq Səmra Bağıyevanın rəhbərliyi ilə "Xoşbəxt Uşaqlar" klubu fəaliyyətə başladı.
Klub uşaqların asudə vaxtının səmərəli keçməsi üçün nəzərdə tutulub. Məktəbdə fəaliyyət göstərən klubda maraqlı oyun terapiyaları, inkişafetdirici tapşırıqlar, nitq inkişafı məşğələləri, kitabla terapiya, xüsusi qonaqların dəvət olunması ilə həyata keçən treninqlər baş tutacaq. Həftədə 5 gün 1 saat olmaqla 100 nəfər şagird cəlb olunmuşdur. Valideynlərin və şagirdlərin marağına səbəb olan klubun iştirakçıları artmaqdadır.
"Xoşbəxt uşaqlar ,İşıqlı gələcək deməkdir" Gələcəyimizi qorumaq diləyi ilə:Psixoloq Səmra Bağıyeva.