Psixoloq şagirdlərlə maarifləndirici görüş keçirdi

Məktəbin psixoloqu Aysel Novruzova IXd sinfinde kollektiv mütəşəkkillik, kobudluq və yersiz hərəkətlərlə barışmazlıq mövzusunda görüş keçirmişdir. Görüşün məqsədi şagirdlərə başqalarına qarşı ədəbli və ləyaqətli olmaq qaydalarını aşılamaq, təşkilatçılıq və kollektivdə birgə işləmək bacarığına yiyələnmə yollarını çatdırmaqdır. Dərsdə "əqli hücum" metodundan istifadə edərək diskussiya aparıldı.