PEŞƏKARLIQ YOLUNDA

PEŞƏKARLIQ YOLUNDA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Peşəkarlıq yolunda" layihəsinin keçirilməsi barədə F-360 nömrəli əmrindən irəli gələn tədbirlər planının 3-cü hissəsinin- "Valideynlərlə görüşlərin keçirilməsi", 3.1. "İxtisaslı kadrlar və müəllimlər tərəfindən valideynlərlə maarifləndirici görüşlərin keçirilməsi" bəndinin icrasını təmin etmək məqsədilə 9-cu siniflərdə valideyn iclası keçirildi. Məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutan iclas zamanı bir çox məsələlərə aydınlıq gətirildi. Belə ki, şagirdlərin düzgün peşə seçimi, buraxılış imtahanları, şagirdlərin dərsə davamiyyəti, dərs zamanı aktiv fəaliyyəti ətrafında aparılan söhbət valideynləri maarifləndirməyə, onları daha da məsuliyyətli olmaq üçün məlumatlandırmağa xidmət etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi