Şagirdlər tərəfindən açıq dərs keçirildi.

Hər bir müəllim öz peşəkarlıq səviyyəsini yüksəltmək üçün mütamadi olaraq çalışmalı,öz dərsini müasir dövrün tələbləri səviyyəsində qurmağı bacarmalıdır.Həmçinin son zamanlar təhsil alan şagirdlər də müasir təhsilin əsl tədqiqatçılarına çevriliblər.Onlar yeni layihələr hazırlayır,İKT-dən bacarıqla istifadə edirlər.Məktəbin 8-ci sinif şagirdi Məmmədov Cavid riyaziyyat fənni üzrə açıq dərs hazırladı.Açıq dərsdə məktəbin riyaziyyat müəllimləri,direktor və direktor müavinləri də iştirak etdilər.Şagirdlər qrup şəklində təqdimatlar hazırladılar.Dərs boyunca şagirdlər müşahidələr etdilər,mövzu üzərində fərqli fərziyyələr irəli sürdülər.