Ulu Öndər Heydər Əliyevin "Anım Günü" ərəfəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu.

275 nömrəli məktəbin şagirdlərinin Azərbaycan xalqının Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin “Anım günü” münasibətilə Suraxanı rayonu Heydər Əliyev mərkəzinə ziyarəti təşkil olundu.Şagirdlər Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq,əyani vəsaitlərdən istifadə etmək imkanı qazandılar.Şagirdlər sonda H. Əliyev haqqında qısa filmə baxdılar.Heydər Əliyev Mərkəzi ilə birgə keçirilən görüşün məqsədi həmçinin məktəbin Fəaliyyət Planında qeyd olunan (1.3) Məktəbdənkənar fəaliyyətin təşkili bölməsinə uyğun olaraq “Heydər Əliyev irsi bizim üçün örnəkdir” şüarı altında (1.3.8) Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini uşaq və yeniyetmələr arasında geniş təbliğ etmək,ulu öndər Heydər Əliyev irsi ilə şagirdləri yaxından tanış etmək idi.