UŞAQLAR ÜÇÜN OYUN TERAPİYASI

UŞAQLAR ÜÇÜN OYUN TERAPİYASI

Uşaqlar oynamağı sevirlər.Uşaqlar hisslərini böyüklər kimi mənalandıra bilmədikləri üçün bu haqda böyüklər kimi danışa bilmirlər. Buna görə də böyüklərlə aparılan terapiya forması bəzən uşaqlara uyğun olmaya bilər.Oyun uşaqlar üçün terapiya kimi istifadə olunduğunda uşağın yaşadıqlarını və duyğularını ifadə etməsi üçün şərait yaranır. Psixoloqla uşağın qurduğu terapevtik münasibət isə uşaqların yaşadığı stressli, emosional təcrübəni əks etdirən oyunu yaratdıqlarında özlərini təhlükəsizlikdə hiss etmələrinə imkan verir.

"Oyun terapiyası" ilə uşağınızın yaşadığı problemləri anlaya, onları başa düşə bilərsiniz.Bu məqsədlə məktəbimizin psixoloqu Səmra Bağıyeva uşaqlarla oyun terapiyasına start verdi.Oyun terapiyanin ilk dərsi şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi