Sunayın rəng dünyası

Məktəbimizin 3 "b" Sağlam Təhsil sinif şagirdi Salman Sunay rəsm çəkməyi çox sevir.Sinif rəhbəri Mədinə Məmmədova Sunayın bu istedadını görərək maraqlı təşəbbüs irəli sürmüşdür.O, bu şəkilləri toplayaraq uşaq yazarı Mehriban Nağıyevaya göndərmiş və Sunayla bərabər kitab hazırlamaq ideyasını irəli sürmüşdür. Müəllifi Mehriban Nağıyeva,rəssamı isə Salman Sunay olan ,,Sunayın rəng dünyası"şeirlər kitabı artıq işıq üzü gördü və bu gün müəllif kitabını balacalara hədiyyə etdi.Məktəbimizin rəhbərliyi adından Sunayı təbrik edir və bunu balaca Sunayın gələcək həyatında ilk uğurlu addımı hesab edirik.