Ümumdünya uşaq hüquqları günü qeyd edildi.

   Bugün 8-ci sinif şagirdləri Ümumdünya uşaq hüquqları günü mövzusunda dəyirmi masa təşkil etdilər. Onlar uşaq hüquqlarından ətraflı danışdılar. Məlumat üçün qeyd etdilər ki, 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi