12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.

Hər il olduğu kimi bu il də Konstutisiya günü münasibətilə şagirdlər arasında dəyirmi masa təşkil olundu.Şagirdlər Azərbaycan Respublikasının Konstutisiyasının yaranma tarixindən bugünə kimi olan dəyişikliklər barədə bir neçə məlumatlar verdilər.Dəyirmi masada həmçinin,müstəqil dövlətimizin ilk Konstitusiyası barədə də ətraflı danışdılar, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının dövlətimizin əsas prioritet məqsədləri sırasına daxil edildiyini vurğuladılar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ötən əsrin və yeni minilliyin ən görkəmli,siyasi və qüdrətli dövlət xadimlərindən biri olmaqla yanaşı,Azərbaycanda müstəqil hüquqi dövlətin yaradıcısı və qurucusu olaraq əbədiləşdi,varlığımız,müstəqilliyimiz,suverenliyimiz,hüquqlarımız bir daha təsdiq olunmuş,dünya birliyinə bəyan edildiyini şagirdlər öz çıxışlarında qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi