31 mart -Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirildi.

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 31 mart 2022- ci il tarixində ibtidai sinif müəllimlərinin təşkilatçılığı və I-IV sinif şagirdlərinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirildi.

Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında biliklərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsidir.

Tədbirdə qeyd olunub ki, azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi