Yurdumuza yaz gəlir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 1.6 bəndinə müvafiq olaraq Səbinə Məmmədbəyovanın rəhbərliyi ilə 2"c" sinfində "Yurdumuza yaz gəlir" adlı təşkilat saatı təşkil olundu. Məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək, yurdumuza yazın gəlməsi, təbiətin canlanması, vətənə, torpağa bağlılıq haqqında məlumat vermək idi.Sonda şagirdlər "Novruz" bayramı haqqında film izlədilər.