"Novruz bayramı bədii ədəbiyyatda"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 6-cı bəndinə müvafiq olaraq kitabxana müdiri Rəhilə Qaxıyevanın rəhbərliyi ilə tədbir keçirildi. Şagirdlərin iştirakı ilə məktəb kitabxanasında baş tutan "Novruz bayramı bədii ədəbiyyatda"adlı tədbirdə məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etməkdir.