Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil olundu

Təhsil Nazirliyinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 əmri ilə təsdiq edilmiş "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" Tədbirlər Planına uyğun olaraq Könül Səfərəliyevanın rəhbərliyi ilə 5"d" sinif şagirdlərinin görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olundu. Şagirdlər kitabxananın bütün şöbələrində olub maraqlı kitablarla tanış oldular. Ekskursiya zamanı kitabxanada dinlədikləri məlumatlar, oxuduqları kitablar şagirdlərin böyük marağına səbəb oldu.