"Qələbə ətirli bahar bayramı"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 3-cü bəndinə müvafiq olaraq Mahmudova Tərlan müəllimənin rəhbərliyi ilə 7"b" sinfinin məktəbin akt zalında "Qələbə ətirli bahar bayramı" adlı tədbiri təşkil olundu. Prezidentin imzaladığı sərəncamda 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan olunduğuna görə şagirdlərimiz bu tədbiri sanki Şuşada Cıdır düzündə təşkil etmişdilər. Şagirdlər göstərdikləri səhnəciklərdə Qarabağ xanlığı dövründə yaşayıb- yaratmış görkəmli şəxsiyyətləri canlandırdılar.Tədbir məktəb rəhbərliyi və şagirdlər tərəfindən maraqla izlənildi. Tədbirin sonunda şagirdlərimiz Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunu bir daha vurğuladılar.