İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı dəyirmi masa təşkl olundu.

Təhsil Nazirliyinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 əmri ilə təsdiq edilmiş "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" Tədbirlər Planına uyğun olaraq məktəbimizin 6"a" sinfində Şirəliyeva Natiqə müəllimənin rəhbərliyi ilə dəyirmi masa təşkil olundu. 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur. Şagirdlər İrəvan Müəllimlər Seminariyası ilə bağlı ətraflı məlumat verib, divar qəzeti hazırladılar.