"Bahar çələngi" adlı Novruz guşəsi hazırlanmışdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2-ci bəndinə müvafiq olaraq məktəbin foyesində "Bahar çələngi" adlı Novruz guşəsi hazırlanmışdır. Məktəbimiz Novruzun gəlişinə hazırlaşır. Bu ilki Novruz Bayramını xalqımız 44 günlük müharibədə qazandığı qələbənin qürur hissi ilə bərabər qeyd edir. Nəhayət uzun müddətdən sonra bu bayram gözəl Şuşada qeyd olunacaq. Şagirdlərimizin sərgi üçün hazırladığı bütün əl işlərində vətən sevgisi, 44 günlük Müharibənin qələbəsinin qüruru öz əksini tapmışdır.