“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli, F-61 nömrəli əmrinin icrası məqsədi ilə “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə başlamaq üçün məktəbin kitabxanasında “Dəyirmi masa” keçirildi. Məqsəd şagirdlərdə mütailə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, təhlil etmə, nəticə çıxartmaq bacarığının formalaşdırılması, bədii estetik zövqünün, dünya görüşünün artırılması, istedadlı və mütaliyəyə marağı olan şagirdlərin üzə çıxarılması və mütaliəni həyat tərzinə çevirməkdir. Məktəbin kitabxana müdiri Rəhilə Qaxıyevan təşkilatçılığı ilə kitabxananın fəal oxucuları ilə dəyirmi masa təşkil olundu. Dəyirmi masada şagirdlərə kitabların onların şəxsiyyət kimi formalaşmasında mühüm vasitə olduğu, mənəviyyat, bilik mənbəyi olduğu bildirildi. Daha sonra Tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova iştirakçılara müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verdi. Görüşdə məktəbin UBTR-i Xədicə İsayeva və Azərbaycan dili müəllimləri çıxış etdilər. Sonda şagirdlərin sualları cavablandırıldı.