21 fevral Ana Dili Günü

"Dili xalq yaradır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar". Bu gün məktəbimizin akt zalında baş tutan məhz filoloqların ərsəyə gətirdiyi, məktəbimizin qonaqları olan yazıçıların öz gəlişi ilə, öz sözü ilə rəng qatdığı möhtəşəm "Ana Dili Günü" tədbiri göz oxşadı, könül dinləndirdi. Tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova, Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Könül Əliyevanın təşəbbüsü, 7 "A" sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə səslənən şeirlər, ifa olunan mahnılar, qurulan səhnəciklər ana dilimizin qədimliyindən, zənginliyindən xəbər verdi. Balaca rəqqasələrimizin ifalarındakı rəqs nümunələri, Vaqif və Şah Qacar obrazlarının uğurlu təqdimatları izləyicilər tərəfindən də olduqca xoş qarşılandı. Belə ki, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin idarə heyətinin üzvü, Prezident təqaüdçüsü Xəyalə Sevil və yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin və idarə heyətinin üzvü, Prezident təqaüdçüsü, "Azərbaycan" jurnalının "Poeziya" şöbəsinin müdiri Qəşəm Nəcəfzadə də öz çıxışları zamanı şagirdlərin uğurlu təqdimatlarını ürək genişliyi ilə vurğuladılar. Tədbir məktəb rəhbəri Elnur Hüseynov tərəfindən də yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi