Gənc ekoloq dərnəyinin üzvləri Yarat Müasir İncəsənət Mərkəzinin Rəngkarlıq muzeyində oldular.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin 275 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Gənc ekoloq" dərnəyinin rəhbəri Humay Həsənova dərnək üzvləri ilə birlikdə Yarat Müasir İncəsənət Mərkəzinin Rəngkarlıq muzeyində oldular.Ekskursiya ərzində şagirdlər muzeydə, sərgi zalında davranış qaydalarını öyrəndilər, əsərlərlə tanış oldular. Şagirdlər Azərbaycan respublikasının xalq rəssamı Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü"adlı sərgisi ilə tanış oldular.Sonda rəssamın əsərlərindən ibarət şəkillərlə oyun oynadılar.Diqqətli olmağı tələb edən bu oyunda məktəblilər çox həvəslə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi