Kiçik Akademiyanın seminarı keçirildi.

Bakı şəhəri üzrə təhsil idarəsinin 30.04.2021-ci il tarixli, F-103 nömrəli əmri və məktəbin fəaliyyət planına uyğun olaraq, “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlər davam edir. Məqsəd, yaradıcılıq və eımi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə fəaliyyətin gücləndirilməsi,şagirdlərdə elmi-dünya görüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaqdır. Bu gün akademiya prezidenti Arzu Əliyarova və akademiya üzvlərinin növbəti seminarı keçirildi. Seminarda VII, VIII ,X sinif şagirdləri özlərinin yeni işlərini təqdim etdilər. Mövzu ətrafında müzakirələr, diskusiya aparıldı. Şagirdlər təqdimatlarla bağlı öz yoldaşları ilə fikir mübadiləsi etdilər. Arzu Əliyarova şagirdlərə təqdimatlarını təkmilləşdirmək üçün tövsiyyələrini verdi və onlara işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi