Ayrı-ayrı fənlərə maraq yaratmaq və şagirdlərin fənlər üzrə dünyagörüşünü daha da artırmaq üçün davamlı olaraq fənn aylıqları keçirilir.Fəaliyyət planına uyğun olaraq coğrafiya aylığı çərçivəsində dəyirmi masalar keçirilir. 9 C sinfində "Günəş işığı və istiliyinin Yer kürəsində paylanması" mövzusunda açıq dərs oldu.7 D sinif şagirdləri "Yeni materiklərin kəşfi nə verdi? " mövzusunda "Debat dərs" təqdim etdilər.Açıq dərslərlə bərabər məktəbimizin kitabxanası da şagirdlərə hər mövzuda köməklik edir.