“Narkomaniyaya yox deyək”

11.02.2022ci il tarixində Suraxanı Rayonu 275 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon Təhlükəsizlik İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavini Könül xanım Axundova, 33cü Polis Bölmə rəisi polkovnik leytenant Samir Quliyev, Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili üzrə bölmə rəisi polis polkovnik leytenant Əfqan Ağayev və digər qonaqlar iştirak etmişdilər.Tədbirdə əsrin bəlası sayılan narkomaniya və onunla mübarizə yollarından danışıldı.Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizov və qonaqlar narkomaniya ilə mübarizədə görülən tədbirlər haqqında məlumat verdilər, gənclərə narkomaniyanın fəsadları və onunla mübarizə yolları haqqında tövsiyyələrdə bulundular.Tədbirin bədii hissəsində şagirdlər maraqlı səhnəciklər nümayiş etdirdilər.Məktəbimizin şagirdlərinin hazırladığı videoçarxlar və bu mövzuya həsr olunmuş şəkillər qonaqlar tərəfindən yüksək qiymətləndirildi.Sonda məktəbin direktoru E.Hüseynov qonaqlara öz təşəkkürünü bildirdi və gələcək nəsillərin elmli vətənpərvər ruhda yetişmələri üçün əlimizdən gələni etməyimizə hazır olduğumuzu vurğuladı.