Mübariz İbrahimovun doğum günü ilə əlaqədar dəyirmi masa keçirildi.

07.02.2022- ci il tarixində məktəbimizin kitabxanasında Mübariz İbrahimovun doğum günü ilə əlaqədar dəyirmi masa keçirildi. Şagirdlər Mübariz İbrahimovun döyüş yolundan danışdılar. Mübariz ona qoyulan adı doğrultdu. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. O, deyirdi Vətən torpağı düşmən tapdağındadır, son nəfəsimizə qədər vuruşub Vətənimizi işğaldan azad etməliyik. Ondan ilham alan Azərbaycan əsgəri Mübarizin arzusunu həyata keçirdi.