"Düşünən oxucu" müsabiqəsinin məktəb mərhələsi keçirildi.

Azərbaycan Respublikası Təhsil Nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə “Düşünən oxucu” müsabiqəsinin məktəb mərhələsi təşkil olundu.V-IX sinif şagirdləri arasında keçirilən müsabiqəyə məktəbimizin şagirdləri böyük maraq göstərdilər. Məktəbin kitabxanasında əmrə uyğun olaraq şəhər turuna vəsiqə qazanmaq üçün V-IX siniflər arasında təqdimatlar nümayiş olundu. Münsüflər heyəti tərəfindən seçilən şagirdlərin videotəqdimatları şəhər turuna göndərildi.