20 Yanvar hadisələrindən 32 il keçir.

Azadlığa aparan yol şəhidlərimizin qanı bahasına qazanılıb.Şəhidlərimizi yad etmək, onların xatirəsini yaşatmaq hər bir vətəndaşın borcudur.Məktəbimizin 2"ə" sinif şagirdləri sinif rəhbərləri Əliyeva Natella müəllimənin rəhbərliyi ilə Şəhidlər Xiyabanına ziyarətə getdilər. Orada şagirdlərimizə 20 Yanvar hadisələri ilə bağlı məlumat verilmiş ,azadlığımızın əldə edilməsində oynadığı rol izah edilmişdir. Şagirdlərimiz şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Daha sonra şagirdlərimiz erməni vandalizminin qurbanı olan Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş heykəlin qarşısına gül dəstələri qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi