Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş tədbirlər silsiləsi davam edir.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 880 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır.Bu məqsədlə məktəbimizdə də silsilə tədbirlər keçirilir.Bunlardan biri Şirəliyeva Natiqə Bilal qızı tərəfindən 6a sinfinin iştirakı ilə məktəbimizin kitabxanasında təşkil olundu.Tədbirdə iştirak etdilər : TTİ direktor müavini Əkbərov Əbülfət, Səfərova Afaq və məktəbin kitabxana müdiri Qaxıyeva Rəhilə