Məktəbdə valideyn icması ilə görüş keçirildi.

Hər bir təhsil müəssisəsində direktor və müəllimlər valideynlərlə pozitiv ünsiyyətin sistemli qrafikini qurmalıdırlar.Valideynlər övladlarının təhsil prosesində əhəmiyyətli rol oynayırlar.Bugün də 275 saylı orta məktəbdə valideynlərlə görüş oldu.Məktəbin direktoru Elmira İsmayılova yeni tədris ilində məktəbin qarşıda gözlənilən nəticələri haqqında,məktəb tərəfindən planlaşdırılan tədbirlər, mövcud intizam qaydaları, qiymətləndirmə vasitələri ,məktəbdə valideyn icması haqqında daha da geniş məlumat verdi.Valideynləri və uşaqları məktəbdə həyata keçirilən fəaliyyətlər haqqında sistemli olaraq danışmağa, bir-biriləri ilə ideya və fikirlərini paylaşmağa, əlaqəni möhkəmləndirmək və digər tövsiyyələr verdi.