Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Poeziya dünyasının dahisi” adlı tədbir keçirildi.

Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Bülbülə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Poeziya dünyasının dahisi” adlı tədbir keçirildi.

Tədbirdə Suraxanı rayonunda fəaliyyət göstərən 114, 154, 275, 285, 149, 327 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, 3 saylı uşaq incəsəsnət məktəbinin məzunları iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Sonra Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəblilərin ifasında şeirlər səsləndi, qüdrətli söz ustasının əsərlərindən kompozisiyalar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi