“15 sentyabr-Bilik günü” ilə əlaqədar tədbir keçirildi.

Bilik günü ilk zəng,ilk həyəcandır.Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür.15 sentyabr ilk öncə şagirdlər,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.Bugün 275 saylı tam orta məktəbdə "BİLİK GÜNÜ" qeyd olundu.Tədbiri məktəbin direktoru Elmira İsmayılova açıq elan etdi.Sonra tədbirin qonaqları--Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri,Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi,məktəbin 600-dən yüksək bal toplayan məzunların valideynləri çıxış etdilər.Məktəbin şagirdləri şeir və rəqs nümunələrini təqdim etdilər. Sonda məktəbin akt zalında Bilik Fondunun nümayəndəsi Vidadi Rzayev 9-10 cu sinif şagirdlərinə "Heydər Əliyev və Azərbaycan" mövzusunda mühazirə söylədi.O, Ulu Öndərin həyatı və siyasi yolu haqqında qısa məlumat verdi.O qeyd etdi ki,Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış,gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan,milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə --"Azərbaycanı" miras qoymuşdur.Bir sözlə,keçdiyimiz qısa tarixi dövr sübut edir ki Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə,müstəqilliyimizin möhkəmləndirilməsinə,dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi