Məktəbimizin şagirdləri Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdilər

Məktəbimizin 8a və 8e sinif şagirdləri məktəbin TTİ üzrə direktor müavini Aynurə Məmmədova və 8a sinfinin sinif rəhbəri Xanım Qafarovanın rəhbərliyi altında 10.10.2021 tarixində Baku Expo Center də təşkil olunmuş kitab sərgisində iştirak etdilər. Sərgidə şagirdlər milli və xarici yazarların əsərləri, yeni nəşr olunmuş bir sıra kitablarla və yazarlarla tanış oldular. Sərgi şagirdlərdə böyük maraq doğurdu.