"Son Zəng" günü təntənəli qeyd edildi.

İnsan həyatında elə günlər olur ki,ömür boyu unudulmur.Bu yaddaqalan,hər an xatırlana biləcək günlərdən biri də “SON ZƏNG” günüdür.Uşaqlığımızın ən çılğın,ən qayğısız vaxtları məktəb illərində olur.Hər dəfə məktəbdən söz düşəndə,məktəbi görəndə ürəyimiz sızıldayır,qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.Bugün də 275 saylı orta məktəbdə "SON ZƏNG " keçirildi.Şagirdlər mahnı,şeir,rəqs nümunələrini təqdim etdilər.Məktəbin ictimai işlərində fəal iştirak edən,təlim nəticələrində uğur qazanan şagirdlər məktəbin direktoru Elmira İsmayılova tərəfindən diplomla təltif edildilər.