Məktəbimizdə 27 sentyabr- Anım günü qeyd olundu

İkinci Qarabağ müharibəsi zamanı bir sıra döyüşlərdə iştirak edən, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına yaralanaraq qazi olan- məktəbimizin məzunu Məmmədzadə Arif Mahir oğlu və Vətən müharibəsinin qəhrəman iştirakçılarından- məktəbimizin məzunu Quliyev Cavid Oqtay oğlu şagirdlərlə görüşüb. Şagirdlərin hazırladığı tədbirdə məktəbimizin adını daşıdığı şəhid Eyvazov Ələkbərin valideyni də iştirak edib.