"Yay məktəbi" çərçivəsində "Kulinariya festivalı" keçirilib

İyunun 18-də məktəbimizdə "Yay məktəbi" çərçivəsində "Kulinariya festivalı" keçirilib.Dünya ölkələrinin mətbəxi və mədəniyyəti ilə tanışlıq məqsədi daşıyan festivalda şagirdlər müxtəlif ölkələrin milli yeməklərini, şirniyyatlarını və içkilərini təqdim ediblər.Dünya ölkələrinin rəqsləri, xalq milli rəqslərimiz nümayiş olunub.Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Elnur Hüseynov Kulinariya festivalının şagirdlərin dünyagörüşünün formalaşmasında, qonşu ölkələrin mədəniyyəti və adət-ənənələrinin təbliği cəhətindən əhəmiyyətli olduğunu bildirmişdir.Festivalda Belarus, Gürcüstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna, Hindistan, Cənubi Koreya və digər ölkələr şagirdlər tərəfindən tərəfindən təmsil olunmuşdur.Sonda təqdimatçı şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi