Qalib Azərbaycanın ilk məzunları üçün "Son zəng" çalınıb

İyunun 14-də 2020-2021- ci tədris ilinin məzunları üçün "Son zəng" tədbiri təşkil olunub.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Elnur Hüseynov çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb, onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Tədbirdə çıxış edən onbirincilərin sinif rəhbərləri məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları bədii kompozisiyalarla davam etdirilib.

Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə məktəb direktoru tərəfindən Fəxri fərman və diplomlar verilib.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib.

Tədbirdə simvolik “Bilik açarı” onbirincilər tərəfindən X sinif şagirdinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi