Məktəbimizin şagirdi Respublika fənn olimpiadasında III yer tutub

Məktəbin 9 "D" sinif şagirdi Əliyev Gülmirzə Tərlan oğlu Respublika fənn olimpiadasında iştirak edərək III yerə layiq görülüb.Olimpiada qalibi olan şagirdə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyə təqdim edilmişdir. Bununla yanaşı şagirdin fənn müəllimi Günel Mailova məktəbin direktoru Elnur Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.