Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də məktəbin ibtidai sinif müəllimi Zərifə Əliyevanın rəhbərliyi ilə 4 "C" sinfində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.Distant formada təşkil olunan tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib, şagirdlərin ifasında Ümummilli liderə həsr olunmuş mahnı və şeirlər səsləndirilib.