Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə seminar keçirilib

Mayın 6-da məktəbin tarix müəllimi Günel Paşayevanın rəhbərliyi ilə 7 "C" sinfində Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə seminar keçirilib.

Bildirilib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Seminar ərzində şagird təqdimatları da nümayiş olunub. Günel müəllim qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin dünyagörüşlü, elmli yetişməsinə önəm verib. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın öndə gələn universitetlərində təhsil almaları üçün göndərib və bu gün bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi