"Erkən nigahlara yox deyirik" adlı seminar keçirilib

Mayın 4-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Kərimlinin təşkilatçılığı, məktəbin psixoloqu Aysel Novruzovanın rəhbərliyi ilə "Erkən nigahlara yox deyirik" adlı seminar keçirilib.
Seminar çərçivəsində erkən yaşda qurulan nigahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyindən, gələcəkdə ailədaxili zorakılıq hallarına rast gəlinə biləcəyindən danışılıb.Bildirilib ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.Aysel Novruzova yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğulayaraq, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşamasından, ana və uşaq ölümlərindən danışmışdır.Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılmışdır.