“Yol hərəkəti qaydalarına birlikdə əməl edək” adlı onlayn tədbir keçirilmişdir

Aprelin 23-də məktəbdə Yol hərəkətinin təhlükəsizliyi aylığı çərçivəsində məktəbin ibtidai sinif müəllimi Mədinə Məmmədovanın rəhbərliyi ilə 1"B" sinfində “Yol hərəkəti qaydalarına birlikdə əməl edək” adlı onlayn tədbir keçirilmişdir.Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bağdad Ağayeva və tərbiyə işləri üzrə direktor müavini Yaqut Kərimli iştirak etmişdir.Tədbirdə yol hərəkəti qaydalarına aid müxtəlif maarifləndirici videoçarxlar, səhnəciklər nümayiş olunmuşdur. Bununla yanaşı yol nişanları haqqında geniş məlumat verilmiş, şagird təqdimatları dinlənilmişdir.Tədbirin rəsmi qonağı Toğrul Nəsirli şagirdləri piyada keçidindən istifadə etməyə çağırmış, keçidlərin rolundan bəhs edərək qaydaları bilməyin həyati əhəmiyyətindən danışmışdır.