"Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici seminar keçirilib

Aprel ayı məktəbdə "Yol hərəkətinin təhlükəsizliyi” aylığı elan olunub. Bununla əlaqədar olaraq məktəbin ibtidai sinif müəllimi Zərifə Əliyeva 4 "C" sinfində "Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici seminar təşkil edib.
Şagirdlər böyük həvəslə çəkdikləri şəkillərin dili ilə öyrəndikləri məlumatları paylaşıb.Seminar çərçivəsində şagirdlərə piyada keçidindən istifadənin onların təhlükəsizliyinin təminatı baxımından böyük əhəmiyyət kəsb edildiyi vuğulanıb.Zərifə müəllim hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini qeyd edib.Bununla yanaşı şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid əl işləri nümayiş olunub. Müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd məktəblilərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.