Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş açıq dərs keçilib

Azərbaycan Respublikası Təhsil Nazirinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin F-74 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə aprelin 23-də məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Zeynəb Kərimovanın rəhbərliyi ilə 9 "C" sinfində distant formada açıq dərs keçirilmişdir.
Dərsdə dahi şair N.Gəncəvi haqqında şagirdlərə geniş məlumat verilmiş, şairin həyat və yaradıcılığı, əsərləri, Azərbaycan ədəbiyyatına verdiyi çoxsaylı töhfələr haqqında danışılmışdır.
Dünya poeziyasında epik romantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir şair Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş şagird təqdimatları nümayiş olunmuşdur.